
Mənə bir az ondan danış
mənə bir az ondan danış
azda olsa yaşat məni
çox dadmışam için için
Bir az ağlat boşalt məni
yaman sıxır həyat məni
mənə bir az ondan danış
duruşundan yerişindən
şirin şirin gülüşündən
gəlişindən gedişindən
bacardıqca hər işindən
nə bilirsən axır çalış
mənə bir az ondan danış
başın necə qatmağından
istəyinə çatmağından
hər gün bir az öldüyümdə
istəyinə çatmağından
məni necə atmağından
mənə bir az ondan danış
söylə neynir can yoldaşım?
qısqanclıqdan coşum daşım
qoy lap quru sözləsədə
özümü itirim çaşım
ona yenə yaxınlaşım
məə bir az ondan danış
danış təbim dilə gəlsin
hər bir sözün bağrım dəlsin
qoy içkisiz qoy içmədən
ruhum bir az məzələnsin
xatirələr təzələnsin....
mənə bir az ondan danış
qaytar mənə xatirəmi
qaytar mənə gətir məni
al onsuz bir gələcəkdən
keçmişimdə itir məni
danışdıqca bitir məni
Mənə bir az ondan daniş
Hicran pozub düzənimi
Sarib şeir qəzəlimi
De ki tesellim öpmekdir
Ondan yazan öz elimi
görersense gözlerimi
Ona bir az menden danis.....
25-11-2012, 15:29 / Baxış Sayı: 290 / Şərhlər 6
Paylaşmaq gözəldir..Xəbəri Paylaşın...
Oxşar Xəbərlər
Əməyə hörmət olaraq verilən xəbələrə fikirlərinizi bildirməyi unutmayın!
Məlumat
Bu Qonaq qrupda olan istifadəçilər bu xəbərə şərh yaza bilməzlər.